Andrey Lunyovdan azarkeşlərə: Gələcəkdə də “Qarabağ”ı belə dəstəkləməyinizi arzulayıram – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Andrey Lunyovdan azarkeşlərə: Gələcəkdə də “Qarabağ”ı belə dəstəkləməyinizi arzulayıram

Bakı, 4 iyun, AZƏRTAC

“Əziz azarkeşlər, bu mövsüm bizə bəxş etdiyiniz sevinc dolu anlara görə hamınıza təşəkkür edirəm”.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ” komandası ilə yollarını Andrey Lunyov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Rusiyalı qolkiper uğur və uğursuzluq dövründə həmişə komandanın yanında olan azarkeşlərə təşəkkür edib: “Səfər etdiyimiz bütün ölkələrdə bizə dəstək oldunuz, bu da bizə əlavə güc, enerji verirdi. Bütün qəlbimlə sizə təşəkkür edirəm. Gələcəkdə də “Qarabağ”ı belə dəstəkləməyinizi arzulayıram. Futbolçuların buna ehtiyacı var. Uğurlar diləyirəm”.

Qeyd edək ki, 2023-cü ilin yayından “köhlən atlar”da çıxış edən A. Lunyov bu müddətdə 34 matça çıxıb. O, Premyer Liqada 19, kubokda 5, avrokuboklarda 10 oyun keçirib. Qapıçı “Qarabağ”la Azərbaycan çempionu və kubokunun qalibi olub.

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top