AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları tərəfindən Şəkidə yeni şəlalə qeydə alınıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları tərəfindən Şəkidə yeni şəlalə qeydə alınıb

Bakı, 3 iyul, AZƏRTAC

Ekoloji tədqiqatlar zamanı AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin əməkdaşı Elvin Qarayev tərəfindən Şin kəndindən 11 kilometr şimalda, Şin çayının mənbəyinə yaxın və əsas sel ocaqlarından biri hesab edilən Haney qolu üzərində koordinatları 41°26′22″ N, 47°11′5″ E olan, dəniz səviyyəsindən 1894 metr hündürlükdə yerləşən, yerli əhali arasında “Şor şəlalə” adlandırılan şəlalə qeydə alınıb.

Şəlalənin hündürlüyü 15.3 metr, eni 0.87 metr təşkil edir. Turizm infrastrukturu yoxdur.

Ekoloji coğrafiya şöbəsinin müdiri Qafqaz Ağabalayevin verdiyi məlumata görə, şəlalənin adı bu günədək heç bir elmi mənbədə qeyd olunmayıb.

Elvin Qarayevin yerli əhalidən aldığı məlumatlara əsasən, şəlalənin şor adlandırılmasının əsas səbəbi suyunun duzlu olması ilə bağlıdır.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top