MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

jeff_bezos

Amazon rəhbəri kosmosa ilk uçuşunu edib

ECONOMİC: Milyarder Cef Bezos və daha üç sərnişini göyərtəsində daşıyan kapsul “New Shepard” raketi vasitəsi ilə həyata keçirilən uçuşdan sonra Texas kosmodromu yaxınlığında təhlükəsiz yerə enib.

Bütün uçuş avtomatik rejimdə olub və 11 dəqiqədən az müddət çəkib.

Hesablandığı kimi, buraxılışdan bir neçə dəqiqə sonra təkrar istifadə oluna bilən raket 40 km yüksəkliyə qalxdıqdan sonra sərnişinlər olan kapsul ondan ayrılıb.

Daşıyıcısından ayrılan kapsul, kosmosun şərti sərhəddini – 100 km hümdürlük məsafəsini keçib.

Amerikalı sahibkarı uçuşda qardaşı Mark, 82 yaşlı qadın pilot Olli Funk və 18 yaşlı Oliver Daemen müşayiət ediblər.

Qeyd edilir ki, Ceff Bezosun “Blue Origine” şirkəti belə uçuşları 500 min dollar müqabilində təşkil edəcək. Trend

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top