Almaniyada xilasetmə zamanı yanğınsöndürən ölüb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Almaniyada xilasetmə zamanı yanğınsöndürən ölüb

Bakı, 3 iyun, AZƏRTAC

Almaniyanın Bavariya regionunda xilasetmə işləri zamanı bir yanğınsöndürən həyatını itirib.

AZƏRTAC xəbər verir ki, yanğınsöndürən xilasedici qismində getdiyi fəlakət zonasında qayığın aşması nəticəsində həlak olub. Aşan qayıqdakı digər xilasedici kənara çıxmağa nail olub.

Qeyd edək ki, Bavariya regionunda aramsız leysan bir çox ərazinin su altında qalmasına səbəb olub. Üç mindən çox sakin təxliyə olunub.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top