MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

almaniya

Almaniyada kütləvi tətillə əlaqədar yüzlərlə aviareys təxirə salınıb

“Deutsche Welle”nin məlumatına görə Almaniyanın müxtəlif vilayətlərində  dövlət və bələdiyyə sektorunun əməkdaşları 3 günlük kütləvi tətilə başlayıblar. “Verdi” Həmkarlar İtifaqının çağırışı ilə keçirilən etiraz aksiyasına ölkənin 6 hava limanının əməkdaşları da qoşulub. Təkcə “Lufthansa” şirkəti   900-dən çox aviareysin təxirə salındığını elan edib.  Frankfurt aeroportu 400, Münhen hava limanı isə 740 aviareysi təxirə salıb. Etiraz aksiyasında Düsseldorf,Dortmund,Hannover, Köln və digər hava limanlarının da əməkdaşları iştirak edir. Tətil 90 mindən çox sərnişinin hərəkətinə təsir göstərib. Aksiya ilə əlaqədar hava limanlarında uzun növbə və gecikmələr yaranıb. Qeyd edək ki, “Verdi” Həmkarlar İttifaqı dövlət sektoru işçiləri ilə daha sərfəli şərtlərə əsaslanan  əmək müqaviləsinin bağlanmasını tələb edir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top