MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

ada

Alimlərdən yeni kəşf

Marianna çökəkliyində canlı həyat izləri tapıldı

Alimlər dünya okeanının ən dərin yeri sayılan Marianna çökəkliyində həyat izlərinə rast gəliblər.

Beynəlxalq tədqiqat qrupu bu nəticəyə gəlib. Alimlərin fikrinə görə, Marianna çökəkliyinin 10 kilometrlərlə altında canlı həyat var.

Tədqiqatçılar hidrotermal mənbələrdən əldə etdikləri serpentin nümunələrində həyat fəaliyyəti olan orqanizm izləri aşkar ediblər. Uzaqdan idarə edilən sualtı aparatların köməyi ilə Cənubi Çamorro palçıq vulkanı yaxınlığından 46 nümunə götürülüb. Serpentinitdən ibarət bu sualtı dağ hidrotermal mənbədən Marianna çökəkliyinin üst qatına düşüb.

Alimlər mineralların tərkibində müəyyən miqdar üzvi maddələr aşkar ediblər. Bu maddələr həyat fəaliyyəti olan mikroblar sayəsində yaranır. Eyni zamanda alimlər qeyd edirlər ki, üzvi maddələr canlı orqanizmlərlə əlaqəsi olmayan proseslər nəticəsində də yarana bilərdi.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top