Alimlərdən 18-ci əsrə aid UNİKAL TAPINTI – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Alimlərdən 18-ci əsrə aid UNİKAL TAPINTI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lüdvik Hirşfeld İmmunologiya və Eksperimental Terapiya İnstitutundan olan antropoloqlar 18-ci əsrə aid bir məzarda damaq yarığını düzəltmək üçün ilk növ protez tapıblar.

Yarıq damaq, həmçinin canavarağız və ya dovşandodaq kimi tanınan, üz-çənə nahiyəsinin funksional pozğunluğu ilə müşayiət edilən nadir qüsurdur. Bu gün bu qüsur cərrahi yolla düzəldilir.

Artefakt Krakovdakı Müqəddəs Fransisk Assizi kilsəsinin məzarında aşkarlanıb. O 50 yaşında ölən kişinin kəllə sümüyünün ağız boşluğunda olub. Tədqiqatçıların aşkar etdiyi kimi, qeyri-adi implant 3,1 santimetr uzunluğunda və təxminən 5,5 qram ağırlığında mis və qızıl lövhəyə tikilmiş yun yastıq idi.

“Bu, yəqin ki, təkcə Polşada deyil, bütün Avropada ilk belə kəşfdir. Nə dövlət, nə də şəxsi kolleksiyalarda belə bir şey var”, – tədqiqatın aparıcı müəllifi, antropoloq Anna Spinek bildirib.

Mənbə: Gazeta.ru

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top