
Aksiz markasız siqaretlərin və araqların realizə edilməsinin qarşısı alınıb
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Mercedes Benz -0403” markalı sərnişin avtobusu Tovuz rayonu ərazisində saxlanılıb.
Komitədən Economic-ə verilən xəbərə görə, nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı aksiz markasız siqaretlərin və araqların olduğu müəyyən edilib.
Daha sonra Tovuz Gömrük İdarəsinin inzibati binasının həyətinə gətirilən avtomobilə hal şahidlərinin iştirakı ilə təkrar baxış keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerindən aksiz markası olmayan 10 ədəd 0,5 litrlik, 6 ədəd 1 litrlik “Nemiroff”, 11 ədəd “Celsius” markalı araqlar, 3600 ədəd “Winston XS silver”, “Marllboro” və “Parliament Carat” markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
BƏNZƏR MƏQALƏLƏR
Su problemlərinin innovativ həllinə istiqamətlənən layihəyə start verildi
ECONOMİC: Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan […]
Dövlət Gömrük Komitəsi “Ticarət Statistika Portalı”nı təqdim edib
“Dövlət Gömrük Komitəsi sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, xarici iqtisadi ticarət fəaliyyəti zamanı şəffaflığın təmin […]
“TURKUAZ” layihəsi çərçivəsində ilk konteyner qatarı yola düşüb
ECONOMİC: “TURKUAZ” layihəsi çərçivəsində ilk ekspress konteyner blok qatarı Türkiyədən yola düşüb. “ADY Konteyner” MMC-dən […]