MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

AGTECH AND GREEN ENERGY

“AgTech and Green Energy” Beynəlxalq Forumunda 15-ə yaxın ölkədən 35 xarici mütəxəssis iştirak edəcək

Azərbaycanda ilk dəfə aqrar və yaşıl texnologiyalar üzrə “AgTech and Green Energy” mövzusunda Beynəlxalq Forum keçiriləcək. Dünyanın 15-ə yaxın ölkəsindən 35 xarici mütəxəssisi bir araya toplayacaq forum Kənd Təsərrüfatı Nazirliyi və Energetika Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Economic.az bildirir ki, “Yaşıl gələcək üçün innovasiyalar” şüarı altında keçiriləcək Beynəlxalq Forumun 10-11 dekabr 2018-ci il tarixlərində ADA Universitetində keçirilməsi planlaşdırılır.

“AgTech and Green Energy” Forumunun əsas məqsədləri ölkəmizdə kənd təsərrüfatı və enerji sektorlarında innovativ inkişafa nail olmaq, bu istiqamətdə innovasiya şirkətləri, startaplar və digər maraqlı tərəflər arasında güclü işguzar əlaqələr və dayanıqlı biznes modellər qurmaqdır.

Forumda ABŞ, Türkiyə, İsrail, Rusiya, Niderland, Ukrayna və bir çox ölkələrdən olan sahibkarlar, vençur kapitalistlər, elm xadimləri, startap şirkətləri və aparıcı texnologiya şirkətlərinin nümayəndələri çıxış edəcəklər.

Forumun aşağıdakı panellər üzrə keçirilməsi planlaşdırılır:

  • Energetika və aqrar texnologiyaların gələcəyi;
  • Aqrar və yaşıl enerji üçün texnologiyalar;
  • Aqrar və energetika texnologiyaları üzrə Akademiya;
  • Siyasətin təsiri;
  • Yeni innovativ ekosistemlər;
  • Fermerlər üçün seksiya;
  • Aqrar sahə və energetika üçün biznes: AgTech sessiyası;
  • Aqrar sahə və energetika üçün biznes: Green Energy sessiyası;
  • Startap və İnnovasiya Ekosistemi Seminarı.

Forumda  iştirakla bağlı qeydiyyatdan keçmək üçün müraciətlər 05 dekabr 2018-ci il tarixinədək tədbirin rəsmi saytına (http://agtech.az/) göndərilməlidir. Forumla bağlı daha ətraflı məlumatı www.agtech.az internet səhifəsindən və tədbirin sosial şəbəkələrdəki səhifəsindən (https://www.facebook.com/AgTech.az/) əldə etmək olar.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top