
Ağstafa Rayonunda 164 nəfər sakinin məşğulluğu təmin olunmuşdur.
Rayonun Qıraq Kəsəmən kəndində ipəkqurdunun mövcud vəziyyətinə baxış keçirildi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” nın icrası Ağstafa rayonunuda uğurla həyata keçirilir. Məhz Dövlət Proqramının uğurla icra olunması sayəsində rayonumuzda yeni tut bağları salınmışdır. Bu il də ağstafalı kümçülər Damazlıq İpəkçilik Stansiyasından gətirilmiş barama toxumu ilə təmin olunmuşlar. 45 ailəyə 150 qutu barama paylanmışdır ki, nəticədə 164 nəfər sakinin məşğulluğu təmin olunmuşdur.
Bu gün Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov ipəkqurdu toxumu paylanılmış Qıraq Kəsəmən kəndində barama saxlama məntəqələrində olmuş, baramanın tələb olunan aqrotexniki şərtlərlə təchizatı ilə maraqlanmışdır. Baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduqları vəzifələri yerinə yetirəcəklərini bildirınən kümçülər keçən il barama istehsalında yüksək nəticə əldə etdiklərini bildirdilər. Bu il 6 ton yaş barama istehsal etməyi nəzərdə tutan kümçülər hazırda ipəkqurduların bəslənməsini davam etdirirlər. İpəkqurdunun mövcud vəziyyəti ilə yerində tanış olan icra başçısı bəzi tapşırıq və tövsiyələrini vermişdir.
BƏNZƏR MƏQALƏLƏR
Füzuli-Şuşa yeni avtomobil yolu ilə qısa müddət ərzində hərəkət təmin olunacaq – VİDEO / FOTO
ECONOMİC.AZ : Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev […]
Şəhid ailələrinə təqaüd kartları təqdim edilib
Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyi əməkdaşları tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində şəhid olmuş […]
Karantin rejiminə əməl etməyənlər cərimələndi
Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana […]