MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Azərbaycan Alpaqut Federasiyası

Ağdamda alpaqut döyüş sənəti üzrə seminar keçirilib

Azərbaycan Alpaqut Federasiyasının Regional məsələlər üzrə vitse-prezidenti Ərşad Həsənovun rəhbərliyi ilə Ağdam rayonunda alpaqut döyüş sənəti üzrə seminar keçirilib.
Ağcabədi, Şəmkir, Kürdəmir, Bərdə, Yevlax rayonlarından da müəllimlərin və idmançıların iştirak etdiyi seminara 100-ə yaxın yeniyetmə və gənc idmançı qatılıb. Ağdam rayon sakinləri tərəfindən də maraqla qarşılanan seminarda alpaqut döyüş sənətinin tarixindən söz açılıb, döyüş şəraitində yaşayan bir ölkədə hərbi idman sənəti olan alpaqutun inkişaf etdirilməsinin zərurəti vurğulanıb.
Seminarın təşkilati məsələlərində xüsusi rolu olan Alpaqut Federasiyasının Ağdam filialının rəhbəri Ruslan Quliyev də bu idman növünün – türkün qədim döyüş sənətinin rayonlarında təbliğinə, yeniyetmə və gənclər arasında vətənpərvərlik ruhunun aşılanmasına xüsusi önəm verdiklərini bildirib.
Seminarda iştirak edən müəllimlər və gənclər üçün alpaqut idman növü barədə ətraflı məlumat verilib, döyüş texnikaları əyani nümayiş olunub.

Ağdamda alpaqut döyüş sənəti üzrə seminar keçirilib
Ağdamda alpaqut döyüş sənəti üzrə seminar keçirilib
Ağdamda alpaqut döyüş sənəti üzrə seminar keçirilib
Ağdamda alpaqut döyüş sənəti üzrə seminar keçirilib
Ağdamda alpaqut döyüş sənəti üzrə seminar keçirilib
Ağdamda alpaqut döyüş sənəti üzrə seminar keçirilib

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top