Ağcabədi regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.
16 iyun 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Ağcabədi regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.
Economic-in məlumatına görə, Ağcabədi regional “ASAN xidmət” mərkəzi Ağcabədi, Beyləqan, Zərdab, Ağdam, Şuşa, Füzuli, Cəbrayıl, Xocalı və Xocavənd rayonlarda qeydiyyatda olan 814 900-dən çox vətəndaşla yanaşı ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərəcək.
Cari ilin 3 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağcabədidə “ASAN Həyat” kompleksinin açılışında iştirak edib.
Hazırda 19 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 5-i paytaxt Bakıda, digər 14-ü isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz və Ağcabədidədir.
“ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı ətraflı məlumatı 108 “Çağrı” mərkəzinə zəng etməklə və ya www.asan.gov.az saytından əldə etmək olar.
BƏNZƏR MƏQALƏLƏR
-
Bu tarixdə “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.
“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə! Novruz bayramı ilə əlaqədar 20-26 […]
-
Payızlıq əkinlərin EKTİS-də bəyan edilməsi prosesi yekun mərhələyə qədəm qoyub
Fermerlər öz payızlıq əkinlərini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etməkdə davam edirlər. Əkinlərin bəyanı […]
-
“YAŞAT” Fondunun dəvəti ilə Türkiyə fondlarının rəhbərləri ölkəmizə gəliblər
Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən fondların rəhbərlərindən ibarət nümayəndə heyəti “YAŞAT” Fondunun dəvəti ilə […]