AFFA Klublar Komitəsinin sədri: İclasda hər komanda öz təklifini irəli sürdü – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

AFFA Klublar Komitəsinin sədri: İclasda hər komanda öz təklifini irəli sürdü

AFFA Klublar Komitəsinin sədri: İclasda hər komanda öz təklifini irəli sürdü

Bakı, 9 aprel, AZƏRTAC

“Klublar Komitəsinin iclasında bir neçə məsələ müzakirə edildi. Təkcə “Sabah” yox, hər bir klub öz fikirlərini bildirdi, təkliflərini verdi”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Sabah”ın prezidenti Maqsud Adıgözəlov AFFA Klublar Komitəsinin iclasında müzakirə olunan məsələlər barədə danışarkən deyib.

Komitə sədri bildirib ki, iclasda irəli sürülən təkliflərin üzərində işləmək lazımdır: “Buna görə belə qərara gəldik ki, İcraiyyə Komitəsinin növbəti iclasına kimi daha iki görüş təşkil edilsin. Bu görüşlərdə hazırda müzakirə edilən məsələlər təkliflər paketi halına salınacaq. Ola bilsin, bu müddətdə yeni təkliflər də edilsin. İcraiyyə Komitəsinin mayın əvvəlində olacaq növbəti iclasına kimi hər bir məsələ ilə bağlı təkliflər paketi hazırlanaraq təqdim ediləcək”.

M.Adıgözəlovun sözlərinə görə, hazırda bu məsələlərlə bağlı konkret fikir bildirmək çətindir: “Çünki son iclasda bir çox məsələ müzakirə olunub, klublar müxtəlif fikirlər səsləndiriblər. Müzakirə edilən təkliflərlə bağlı ortaq qərar verildikdən sonra daha ətraflı və dəqiq məlumat vermək mümkün olacaq”.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top