ADNSU-nun daha 5 ixtisasının beynəlxalq akkreditasiya müddəti uzadılıb
Bakı, 29 iyun, AZƏRTAC
ADNSU-nun BA proqramlarının 3 bakalavr – “Sənaye mühəndisliyi”, “İqtisadiyyat”, “Kompüter mühəndisliyi” ixtisasları və 2 magistr – “İdarəetmədə informasiya sistemləri” və “Biznesin təşkili və idarə olunması” ixtisaslaşmaları FIBAA Beynəlxalq Akkreditasiya Agentliyi tərəfindən 2030-cu il 14 iyul tarixinədək yenidən akkreditə edilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, bununla da qeyd edilən ixtisas və ixtisaslaşmalar üzrə tədris planının beynəlxalq səviyyədə tanınması daha 6 il qüvvədə qalacaq.
Qeyd edək ki, ümumilikdə ADNSU-da 18 ixtisas beynəlxalq akkreditasiyadan keçib. Hazırda dünyada ən çox yayılmış institusional və proqram akkreditasiyasıdır ki, təhsildə geniş tətbiq olunur və bir sıra üstünlükləri var. Belə ki, akkreditasiya müvafiq ixtisas üzrə tədris planının beynəlxalq olmasına, Bolonya sisteminin tələblərinə uyğun olaraq tələbələrin tədris müddətində təhsillərini digər universitetlərdə asanlıqla davam etdirə bilmələrinə, mobilliyə və diplomlarının dünyada tanınmasına, eləcə də universitetin beynəlxalq nüfuzunun artmasına şərait yaradır.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]