MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Nazirlər kabineti

Açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsinin forması və bağlanma qaydasına dəyişiklik edilib

“Açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsinin forması və bağlanma Qaydası”na dəyişiklik edilib.

Economic.az, “Report”a istinadən  xəbər verir ki, bununla bağlı qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən Nazirlər Kabinetinin 2017-ci il 26 dekabr tarixli qərarı ilə təsdiq edilmiş 3 nömrəli əlavə – “Açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsinin forması və bağlanma Qaydası”nın 2-ci hissəsində (Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilərkən Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisinə münasibətdə isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və reklam yayıcısı (reklam qurğusunun mülkiyyətçisi, digər reklam daşıyıcısının isə sahibi) arasında icazə müqaviləsi bağlanılır) “isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi” sözləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın ərazisinə münasibətdə isə Dənizkənarı Bulvar İdarəsi” sözləri ilə əvəzlənib.

Daha əvvəl Nazirlər Kabinetinin qərarı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunda “İçərişəhər” Muzey Mərkəzi yaradılıb.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top