ABŞ və Yaponiya aşağı orbitli raket izləmə sistemi hazırlayacaq – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

ABŞ və Yaponiya aşağı orbitli raket izləmə sistemi hazırlayacaq

ABŞ və Yaponiya aşağı orbitli raket izləmə sistemi hazırlayacaq

Bakı, 11 aprel, AZƏRTAC

ABŞ və Yaponiya aşağı orbitli raket izləmə sistemi hazırlayacaq.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Baydenin və Yaponiyanın Baş naziri Fumio Kişidanın Vaşinqtonda apardıqları danışıqların yekunları üzrə qəbul edilmiş birgə bəyanatında deyilir. Sənədin mətnini Ağ evin mətbuat xidməti yayıb.

Bundan başqa, iki ölkənin liderləri Ay səthinin mənimsənilməsi ilə bağlı sazişin imzalanmasını təqdir ediblər. Həmin sazişə əsasən, Yerin peykinin səthinə Tokio Lunoxod göndərəcək, Vaşinqton isə iki yapon astronavtın göndərilməsini təmin edəcək. Ölkələr astronavt hazırlığı sahəsində əməkdaşlığı dərinləşdirəcəklər.

Görüşdən sonra keçirilən birgə mətbuat konfransında Bayden bildirib ki, yapon astronavtlar ABŞ-ın gələcək kosmik missiyalarına qoşulacaq və onlardan biri Aya enən ilk qeyri-amerikalı olacaq.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top