ABŞ Ukraynaya 2,3 milyard dollar dəyərində yeni yardım paketi ayıracaq – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

ABŞ Ukraynaya 2,3 milyard dollar dəyərində yeni yardım paketi ayıracaq

AZƏRTAC, 3 iyul, Vaşinqton

ABŞ tezliklə Ukraynaya 2,3 milyard dollar məbləğində yeni yardım paketi ayıracaq.

AZƏRTAC-ın verdiyi məlumata görə, bu barədə Müdafiə Departamentinin yaydığı məlumatda deyilir. Bildirilir ki, Pentaqonda müdafiə katibi Lloyd Ostinlə Ukraynanın müdafiə naziri Rustem Umerov arasında görüş keçirilib. Görüşdə Pentaqon rəhbəri ABŞ-nin Ukraynaya dəstəyi davam etdirmək prinsipinə tam sadiq olduğunu qeyd edib.

Məlumatda o da qeyd olunur ki, yeni paketə Ukrayna şəhərlərini və mülki əhalisini qorumaq üçün təcili ehtiyac duyulan hava hücumundan müdafiə vasitələri, o cümlədən artilleriya və tank əleyhinə silahlar daxildir.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top