
ABŞ Türkiyə üçün nəzərdə tutulan F-35A qırıcılarını 862 milyon dollara alacaq
ABŞ Hərbi Hava Qüvvələri Türkiyə üçün nəzərdə tutulan 8 ədəd F-35A qırıcı təyyarəsini “Lockheed Martin” korporasiyasından 862 milyon dollara alacaq.
Economic.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, “Lockheed Martin”in Türkiyə üçün istehsal etdiyi səkkiz ədəd F-35 qırıcı təyyarəsinin ABŞ Hərbi Hava Qüvvələri tərəfindən 862 milyon dollara alınması korporasiya ilə daha əvvəl imzalanmış müqavilənin modifikasiyası çərçivəsində həyata keçirilir.
Qeyd edilir ki, bu razılaşma çərçivəsində HHQ korporasiyadan əlavə 6 ədəd F-35A qırıcı təyyarəsi alır. Bundan əlavə, Pentaqonda bildiriblər ki, müqavilənin modifikasiyası çərçivəsində “Lockheed Martin” təyyarələrdə ABŞ HHQ tərəfindən tələb edilən dəyişikliklər edəcək.
Xatırladaq ki, Türkiyə “Lockheed Martin” korporasiyasından 100 ədəd F-35A qırıcı təyyarəsi almağı planlaşdırırdı. Lakin Ankaranın Moskvadan S-400 zenit-raket sistemlərini almasından sonra Vaşinqton Türkiyəyə qırıcı təyyarələri satmaqdan imtina edib.
BƏNZƏR MƏQALƏLƏR
Bu şəxslər “WhatsApp” istifadə edə bilməyəcəklər
“WhatsApp” tərəfindən fevralın 8-də qüvvəyə minəcək yeni məxfilik siyasətinə görə, məlumatları “Facebook”-da paylaşmaq üçün icazə […]
Azərbaycanda ÜDM 4,5 faiz artacaq
2021-ci ildə Azərbaycan iqtisadiyyatının 1,9 faiz səviyyədə inkişaf edəcəyi gözlənilir. Economic.az xəbər verir ki, bu […]
Bu gün “OPEC+” nazirlərinin toplantısı keçiriləcək
Yanvarın 4-də OPEC və qeyri-OPEC ölkələrinin (“OPEC+”) nazirlərinin 13-cü videogörüşü baş tutacaq. Economic.az AZƏRTAC-a istinadən […]