ABŞ Qətərdən İsrail və Hizbullah arasında danışıqlarda vasitəçilik etməsini istəyib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

ABŞ Qətərdən İsrail və Hizbullah arasında danışıqlarda vasitəçilik etməsini istəyib

Bakı, 29 iyun, AZƏRTAC

Birləşmiş Ştatlar Qətərdən İsrail və Hizbullah arasında münaqişənin həllinə yardım etməsini istəyib.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Məlumata görə, Qətər İsrail-Livan sərhədində Hizbullah və İsrail arasında gərginliyin azaldılmasına kömək etmək üçün Bayden administrasiyasından müraciət alıb.

Hizbullah sözçüsü qəzetə bildirib ki, Qəzzada müharibə tamamilə bitənə qədər Hizbullah daha geniş razılaşmaya razı olmayacaq.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top