ABŞ-li sürücü sürət həddini aşdığına görə bir milyon dollardan çox cərimələnib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

ABŞ-li sürücü sürət həddini aşdığına görə bir milyon dollardan çox cərimələnib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sürət həddinin artırılması ilə bağlı cərimələr yol hərəkəti qaydalarını pozanlarla mübarizə aparmağa kömək edir. Lakin ABŞ-nin Corciya ştatından olan sürücü cəriməsinin məbləğinin 1,48 milyon dollar olacağını ağlına belə gətirə bilməzdi.

Hadisə mediada böyük maraqla qarşılanıb.

Bildirilir ki, Konnor Katon avtomobili ilə sürət həddi 88 km/saat olan zonada 145 km/saat sürətlə hərəkət etdiyi üçün cərimələnib. Yerli qanunlara görə, qanunu pozan 120 gün ərzində məhkəməyə gəlməlidir. Bundan əvvəl sürücü cərimənin məbləğini və digər xərcləri göstərən elektron məktub alır.

Corciyalı sürücü yol hərəkəti qaydalarını pozduğunu bilsə də, demək olar ki, 1,5 milyon dollara yaxın cərimə olunmasını gözləməyib.

O bunun səhv olduğunu düşünərək məhkəməyə müraciət edib, lakin dövlət işçisi təsdiqləyib ki, sürücü ya 1,5 milyon dollar ödəməlidir, ya da məhkəməyə gəlməlidir.

Ancaq tezliklə nəhəng cərimənin səlahiyyətlilərin hiyləsi olduğu üzə çıxıb. Belə ki, bu yolla cinayətkarlar məhkəməyə gəlməyə məcbur edilib. Əslində, proqram cəriməyə 999 min dollardan çox əlavə edib.

Mənbə: “Komsomolskaya Pravda”

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top