MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

abs

ABŞ korporativ verginin dərəcəsinin ən azı 15 faiz olmasını təklif edib

ABŞ-ın Maliyyə Nazirliyi korporasiyaların mənfəət vergisinin dünya üzrə vahid dərəcəsinin 15 faizdən az olmamasını təklif edib. Nazirliyin açıqlamasında bildirilib ki, bu təklif G20 ölkələri ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) vergi islahatları ilə bağlı danışıqları çərçivəsində irəli sürülüb.

ABŞ Maliyyə Nazirliyinin açıqlamasında deyilir: “Nazirlik bir daha təkrar edib ki, dünya üzrə korporativ verginin praktiki olaraq sıfır səviyyədə müəyyənləşdirildiyi indiki zamanda korporativ vergilər durmadan azalır ki, bu da ABŞ-ın və digər ölkələrin həyati əhəmiyyət daşıyan investisiyalar üçün zəruri olan vergiləri yığmaq imkanlarını aradan qaldırır. Maliyyə Nazirliyi OECD və G20 koordinasiya qrupuna dünya üzrə korporativ verginin dərəcəsinin ən azı 15 faiz olmasını təklif edib”.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top