ABŞ-ın qərbində rekord istilər qeydə alınıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

ABŞ-ın qərbində rekord istilər qeydə alınıb

Bakı, 8 iyul, AZƏRTAC

ABŞ-ın qərbindəki bir sıra bölgələrdə anomal istilər hökm sürür. Las-Veqasda (Nevada) rekord temperatur qeydə alınıb, qonşu Kaliforniyada isə bir nəfər istidən ölüb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABC News telekanalı yerli meteorologiya xidmətə istinadla məlumat yayıb.

Meteoroloji xidmətin məlumatına görə, Las-Veqasda bazar günü havanın temperaturu 48,9 dərəcəyə qədər yüksəlib və meteoroloji müşahidələr tarixində ən isti hava qeydə alınıb. Əvvəlki rekord 2017-ci ildə 47,2 dərəcə olub.

Nevada ştatının qonşuluğunda yerləşən Kaliforniyanın Ölüm Vadisində isə termometrlər 53,9 dərəcəni göstərib. Orada istidən bir nəfər ölüb, digəri isə xəstəxanaya yerləşdirilib

Bölgədə ekstremal isti hava şəraitinin ən azı iyulun 11-dək davam edəcəyi proqnozlaşdırılır.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top