ABŞ Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi Ankarada rəsmi səfərdədir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

ABŞ Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi Ankarada rəsmi səfərdədir

İstanbul, 3 iyun, Günel Karatepe, AZƏRTAC

ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) Baş Qərargah rəisi, admiral Liza Françetti Türkiyədə rəsmi səfərdədir.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, səfər Türkiyə Respublikasının HDQ komandanı, donanma admiralı Ercüment Tatlıoğlunun dəvəti ilə baş tutub.

Türkiyənin milli müdafiə naziri Yaşar Güler Ankarada admiral Liza Françetti ilə görüşüb.

Admiral Ercüment Tatlıoğlu və ABŞ-ın Ankaradakı səfiri Cefri L. Fleykin də iştirak etdikləri görüş media üçün qapalı şəraitdə keçirilib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top