ABŞ-da prezidentliyə namizəd Donald Trampa qarşı sui-qəsd olub – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

ABŞ-da prezidentliyə namizəd Donald Trampa qarşı sui-qəsd olub

Vaşinqton,14 iyul, AZƏRTAC

ABŞ-ın Pensilvaniya ştatında keçmiş prezident, Respublikaçılar Partiyasının builki prezident seçkilərində real namizədi Donald Trampa qarşı sui-qəsd təşkil olunub.

AZƏRTAC-ın verdiyi məlumata görə, hadisə Batler şəhərində seçicilərlə görüş zamanı baş verib. Çıxışı başlayandan bir neçə dəqiqə sonra Donald Trampa atəş açılıb. Tramp qulağını tutaraq səhnədə aşağı çöküb. Daha sonra cangüdənlərin müşayiətilə səhnəni tərk edib. Tribundan düşərkən onun qulağının qan olduğu aydın görünüb. Hadisə yerli kanallar vasitəsi ilə canlı yayımlanıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top