MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

iqtiss

Abituriyentlərin nəzərinə: UNEC-i tanı!

“Economic” xəbər verir ki, UNEC-i abituriyentlərə daha yaxından tanıtmaq və ixtisas seçimində onlara dəstək olmaq üçün “UNEC-i tanı” layihəsinə start verilib.
Bu məqsədlə ixtisas seçimi günlərində regionun ən böyük iqtisadyönümlü və 4 dildə təhsil verən universiteti olan UNEC-in qapıları abituriyentlərə açıq olacaq. Layihə çərçivəsində abituriyentlər UNEC-də tədris olunan ixtisaslar, fakültələr, keçid balları, təhsil haqları barədə ətraflı məlumat ala biləcəklər. Eyni zamanda onlara ixtisas seçimi, seçmək istədikləri ixtisasın üstünlükləri və gələcək karyera imkanları istiqamətində dəstək göstəriləcək.
Abituriyentlər UNEC-in tələbələrinə yaratdığı imkanlar, xüsusi təqaüd, Avropanın nüfuzlu universitetləri ilə ikili diplom və UDİD proqramları barədə məlumatlandırılacaqlar. Həmçinin təhsil almaq istədikləri ixtisasın tədris olunduğu bina və auditoriyalarla tanış ola biləcəklər.
Azərbaycanın regionunda yaşayan və UNEC-ə gəlmək imkanı olmayan abituriyentlər isə onları maraqlandıran sualları UNEC-in rəsmi Facebook səhifəsinə ünvanlaya bilərlər. Eyni zamanda müraciətlərini öz facebook səhifələrindən #UNECdənsoruş haştagı ilə paylaşa bilərlər. Bunun üçün sualı paylaşdıqları post hamı üçün açıq olmalıdır.
Qeyd edək ki, UNEC-ə I, II, IV və V ixtisas qruplarında 20 ixtisas üzrə Azərbaycan, ingilis, türk və rus dilində tələbə qəbulu həyata keçirilir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top