ABBA qrupunun üzvləri cəngavər ordeni ilə mükafatlandırılıblar – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

ABBA qrupunun üzvləri cəngavər ordeni ilə mükafatlandırılıblar

Stokholm, 1 iyun, Nərgiz Cəfərli, AZƏRTAC

İsveç kralı Karl Qustav və Kraliça Silviya əfsanəvi ABBA pop qrupunun üzvlərini “Vasa” ordeni ilə təltif ediblər.

AZƏRTAC xəbər verir ki, İsveç vətəndaşlarının ordenlə təltif edilməsi 1975-ci ildə ləğv edilib, lakin 2022-ci ildə Riksdaq tərəfindən bərpa olunub.

Mükafatlandırma mərasimi son 50 il ərzində ilk dəfə keçirilib. Bu il ABBA qrupunun “Avroviziya-1974” mahnı müsabiqəsində “Waterloo” mahnısı ilə qalib gəlməsindən 50 il ötür. Benni Andersson, Agneta Feltskoq, Anni-Frid Linqstad və Byorn Ulveys indi özlərini “Vasa” ordeninin cəngavərləri və ya birinci sinif komandorları adlandıra bilərlər.

“Bu, İsveçin sülh naminə göstərdiyiniz səylərə görə minnətdarlığıdır”, – deyə Kral mükafatlandırma mərasimində vurğulayıb.

Qeyd etmək lazımdır ki, 1772-ci ildə Kral II Qustav Adolf tərəfindən təsis edilən “Vasa” ordeni ölkəyə xüsusi xidmətlərə görə verilir və ən yüksək cəngavər ordenlərindən biridir.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top