ABAD - İdeyadan rəflərə! MÜSAHİBƏ - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

ABAD – İdeyadan rəflərə! MÜSAHİBƏ

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) tabeliyində “ABAD” publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə yaradılıb. 

Economic.az olaraq, ABAD haqqında daha da ətraflı məlumat əldə etmək, bilmədiyimiz suallara cavab almaq üçün, ABADın Marketinq və İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Turanə Qasımovaya suallarımızı ünvanladıq. Buyurun həmin sualların maraqlı cavablarını sizdə oxuyun. 

ABAD-ın məqsədləri və fəaliyyət istiqamətləri nədən ibarətdir ?

“ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs cənab prezident İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb.

Fərmana əsasən, “ABAD”ın yaradılmasında məqsəd Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını təmin etmək, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, əhalinin məşğulluğunun artırılması sahəsində əlavə imkanlar yaratmaqdır.

ABAD” hazırda iki prioritet istiqamət üzrə fəaliyyət göstərən ailələri dəstəkləyir: qida məhsullarının istehsalı və dekorativ-tətbiqi xalq sənətkarlığı.

 Kimlər ABAD-çı ola bilər ?

Qida məhsullarının istehsalı “ABAD”ın texnoloqları tərəfindən ciddi nəzarəti altında həyata keçirilir. Bu səbəbdən istehsal prosesini daha dolğun təmin etmək məqsədi ilə həmin əraziyə yaxın “ABAD” mərkəzinin mövcud olması zəruridir. Beləliklə, qida məhsulları istehsalı sahəsi üzrə “ABAD”ın yalnız regional mərkəzləri olan iqtisadi zonanın sakinlərinə dəstək göstərilir. Hazırda “ABAD” regional mərkəzləro Masallı, Balakən və Quba rayonlarında fəaliyyət göstərir. Dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsi üzrə isə Azərbaycanın istənilən bölgəsindən müraciətlər qəbul edilir. Sənətkar Azərbaycan milli mədəniyyətinə xas olan sənət nümünələrini suvenir şəkildə hazırlamağı bacarmalı. Qida məhsullarının istehsalı sahəsində müraciət edənlər üzrə təhlil aparılır, onların biznes yaratmaq potensialını qiymətləndiririk. Bu kriterialara uyğun gəlirsə, istehsal etdiyi məhsul rəqabətqabilliyətli və bazara maraqlıdırsa, müraciət edənin 18 yaşı tamam olubsa dəstək proqramına qoşula bilər. Qeyd edək ki, iki illik fəaliyyəti dövrü ərzində ABADa üzv olmuş (ABADçıların) sayı hazırda 281-dir.

 ABADçı olmaq üçün nə etmək lazımdır ?

“ABAD”a müraciət sayt üzərində qurulub. www.abad.gov.az saytında “ABADçı ol” bölməsinə daxil olub anketdə müvafiq sualları cavablandırmaq lazımdır. Daha sonra anket yoxlanılır, 15 iş gün ərzində müraciət edən şəxslə əlaqə yaradılır və mərkəzə müsahibəyə dəvət olunur. Müsbət cavab alınırsa o şəxslə komissiya əsaslı müqavilə bağlanılır. Qeyd edək ki, nəzərə alsaq ki internet resursu olmayan şəxslər də müraciət edir, bunun üçün saytda da qeyd olunduğu kimi aidiyyatı sahə üzrə qəbul günləri var, və ya bəzi hallarda isə müvafiq komanda ucqar regionlara özləri üz tutub potensial ABADçıları aşkarlayırlar.

 Üzv olmağın hansı üstünlükləri var?

“ABAD” ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara dəstək layihələrinin həyata keçirilməsi, istehsalatda müasir texnoloji avadanlıqlarından istifadə, marketinq, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi dəstək, biznesin planlaşdırılması xidmətlərinin göstərilməsi, qida keyfiyyəti, uyğunluq və gigiyena üzrə “bir pəncərə” sistemi ilə sertifikatların əldə olunması, istehsal olunan məhsulun qablaşdırılması, daşınması, ümumi logistikası və satışının təşkili kimi təmənnasız xidmətlər göstərir. Həmin vətandaşın adına bank hesabı və vergi ödəyicilərinin identifikasiya nömrəsi (VÖEN) açılır. Satış baş tutandan sonra, gəlir ayda bir dəfə ABADçının bank hesabına köçürülür və o da zəruri olan vergi və DSMF ödəmələrini həyata keçirir.

Ümumiyyətlə, “ABAD” yeganə layihədir ki, ailəyə məhsulunu “ideyadan rəfədək” çıxardır. Kiçik ailə biznesindən rəqabətqabiliyyətli ailə brendi – məhsulu yaradılır.

Üzvlərin maarifləndirmə prosesi necə gedir?

Bəzi hallarda sənətkar ailələrinin hazırladığı milli suvenirlər tələblərə cavab vermir, bu zaman “ABAD”ın mütəxəssisləri onlara təlim keçir, işlərinin daha keyfiyyətli, zövqlü və ən əsası isə bazar tələbatına uyğun hazırlanması üçün dəstək göstərir. Beləliklə, “ABAD” ilə əməkdaşlıq edən ailə təkcə gəlirlərini deyil, həm də bilik və bacarıqlarını artırmış olurlar.

Üzvlər bu layihəyə gəlirli sahə bilib, həvəslə yanaşırmı?

Əllbətdə. Əvvəllər sənətkar ailələri və yaxud ailə təsərrüfatları hazırladıqları məhsulların satışı ilə bağlı müəyyən çətinliklərlə qarşılaşırdılar, bu gün isə onlar digər məsələləri “ABAD”ın öhdəliyinə buraxaraq yalnız yaradıcı işlə məşqul ola bilərlər. Bundan başqa “ABAD” onlara biznesmen olmağı öyrədir, gün gələcək və onlar daha böyük hədəflər əldə etmək üçün “ABAD” çərçivəsindən çıxaraq azad sahibkara dönəcəklər. Qeyd edək ki, “ABAD” mexanizminin məqsədi də elə budur. Yani kiçik ailə bizneslərinə dəstək olaraq onları mikro sahibkarlıqdan gələcəkdə fərdi makro sahibkarlığa transformasiya etməkdir.

 Sirr deyilsə bir üzvün aylıq gəliri nə qədərdir?

Bu ABADçının bizə təhvil verdiyi məhsuldan və onun sayından asılıdır. Buna görə də bu rəqəm 200 – 3000 + AZN civarında dəyişir bəzən. Ümumiyyətlə istehlakçı qüvvəsinin dinamikası çox dəyişkən olur. Bəzən bir ay ərzində bir məhsulun istehlak potensialı yüksək ola bilər, növbəti ay isə aşağı. Qeyd edək ki, istehlakçı potensialının böyük hissəsini hazırda turistlər təşkil edir.

ABAD məhsullarının nə kimi üstünlükləri vardır?

“ABAD”ın satışa çıxarılan hər bir məhsulu “handmade”dir – əl işidir. Yəni hansısa suvenirin fabrik prototipi deyil, sırf əl əməyidir. Qida məhsulları həmçinin. Hətta qablaşdırılması da. Bu məhsullar təbiliyi ilə fərqlənir. Məsələn “ABAD” kolbasa və sosisləri 99% mal ətindən, 1% isə təbii ədviyyatlardan ibarətdir, heç bir zərər verən kimyavi əlavə qatılmır. Ən əsası isə istehlak olunan hər bir məhsul kiçik ailə biznesinı olunan kiçik töfhədir.

Bu məhsulları haradan əldə etmək mümkündür?

Hazırda “ABAD”ın 9 etno butiki fəaliyyət göstərir:

–          “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda;

–          Heydər Əliyev Beynəlxalq Hava Limanının “Duty Free” zonasında;

–          Bakı Dəmiryolu Vağzalında;

–          “Fairmont Baku” otelində;

–          3 saylı “ASAN xidmət”də;

–          Milli Gimnastika Arenasında (beynəlxalq yarışlar zamanı);

–          Şamaxının rayonunun Dəmirçi kəndində;

–          Qəbələ rayonu Durucu kəndi “Tufandağ” dağ-xizək kurortunda;

–          Şəki rayonu “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunda.

Qida məhsullarını həmçinin “Bravo” marketlər şəbəkəsindən əldə etmək olar.

Gələcəkdə bu layihənin genişləndirilməsi nəzərdə tutulubmu?

İlk növbədə hər bir iqtisadi rayonda “ABAD” regional mərkəz və “ABAD” məktəb açılacaq, bununla bütün Respublikanı əhatə edəcək. İstiqamətlərin də sayı artacaq. Gələcəkdə “ABAD” start up-lara da dəstək göstərəcək. Hazırda isə iki yeni regional mərkəz və məktəblərimiz, iki keramika mərkəzimiz, ABAD istehsalat kompleksimizin açılışları gözlənilir.

Müsahibə üçün təşəkkür edirik.

Отображается файл "0J1A4124.JPG"

Отображается файл "0J1A6949.JPG"

Отображается файл "3.jpg"

Отображается файл "_DSC0717.jpg"

Отображается файл "_DSC2012.jpg"

Отображается файл "_DSC6693.jpg"

Отображается файл "_DSC9365.jpg"

Отображается файл "DSC_5326.jpg"

Отображается файл "FOTO_2.JPG"

Отображается файл "FOTO_56.JPG"

Отображается файл "FOTO_228.JPG"

Отображается файл "Lala_10.JPG"

Отображается файл "Quba_29.JPG"

Отображается файл "Quba_58.JPG"

Отображается файл "Zohre xanim.jpg"

ECONOMİC.AZ

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top