ABA tərəfindən banklararası “Nə? Harada? Nə zaman? çempionatı keçiriləcək
Azərbaycan Banklar Assosiasiyası (ABA) sosial yönümlü tədbirlərini davam etdirir. Bu istiqamətdə 26 oktyabr 2018-ci il tarixində ABA tərəfindən “Nə? Harada? Nə zaman?” çempionatının keçirilməsi nəzərdə tutulub.
Assosiasiyadan “Economic”ə verilən məlumata görə, yarış üçün artıq banklara müraciət olunub və komandalar qeydiyyata alınır.
Yarışın qalib komandaları mükafatlandırılacaq.
Xatırladaq ki, ABA tərəfindən təşkil olunan banklararası “Nə? Harada? Nə zaman?” çempionatı artıq 3 ildir ki, keçirilir. Ötən il keçirilmiş,13 bankdan 100-ə yaxın əməkdaşın iştirak etdiyi çempionatın qalibi “Kapital Bank” komandası olub.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 29 bank və 3 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.
BƏNZƏR MƏQALƏLƏR
-
Pulu nağdlaşdıran zaman komissiya haqqı ləğv oluna bilərmi – Ekspert rəyi
Milli Məclisdə bankomatlardan pulun nağdlaşdırılması zamanı tutulan komissiya haqqının ləğv olunması və ya az olması […]
-
Kapital Bank daha bir filialını istifadəyə verdi
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank daha bir filialını istifadəyə verdi. Bu […]
-
Birbank Cashback kart sahibləri bonuslardan ayda 50 manat qazanırlar
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını […]