
AAYDA: Son 6 ayda 200-dən çox yol texnikası, maşın-mexanizm alınıb
Bu ilin son 6 ayı ərazində müxtəlif maliyyə mənbələrindən, güzəştli kredit və ayrılan məqsədli maliyyədən qənaət edilən vəsaitlərlə 100-dən artıq yol istismarı, təmiri və tikinti texnikalar alınıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Economic-ə verilən məlumata görə, bu texnikalar, maşın-mexanizmlər sayəsində yollar keyfiyyətlə və vaxtında inşa edilərək istismara verilir, bu isə öz növbsində yolların istismar müddətinin artmasına yardımçı olur.
Bundan başqa, Agentliyin texniki şərtləri və sifarişi ilə yerli şirkətlər tərəfindən istehsal edilən bir neçə adda xüsusi təyinatlı avtomobillər və avadanlıqlar da müvəffəqiyyətlə idarə-müəssisələrimiz tərəfindən istifadə edilir. Bunlara misal kimi, yol təmiri, yanacaq, bitum və su daşıyan maşın-mexanizmləri, həmçinin çox funksiyalı dizel aqreqatları və sairi göstərmək olar.
Çevik texniki yardım və servis mərkəzində isə nasaz texnikaların təmiri, parkında mövcud olan nəqliyyat vasitələri və maşın-mexanizmlərdən isə fövqəladə hallarda Agentliyimizin ritmik fəaliyyəti təmin edilir.
Ölkə başçısının uğurlu daxili və xarici siyasəti dünya dövlətlərinin mütləq əksəriyyətinin Azərbaycanı dost, qardaş, strateji müttəfiq kimi görməsi və qəbul etməsinə gətirib çıxarıb. Bunun nəticəsidir ki, Çin Xalq Respublikası Hökumətinin Azərbaycan Hökuməti ilə imzalanmış texniki-iqtisadi əməkdaşlıq sazişi çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin istifadəsinə 112 adda yol texnikası və maşın-mexanizmlər verilib.
Beləliklə son 6 ayda Agentlik tərəfindən 200-dən artıq yol texnikası, maşın-mexanizm alınıb.
Müxtəlif xüsusi təyinatlı nəqliyyat vasitələri və maşın-mexanizmlərdən ibarət olan texnikalar parkımızı yeniləşdirməyə və bununla da ölkə rəhbərliyi tərəfindən yol infrastrukturunun yenilənməsi ilə bağlı verdiyi tövsiyə və tapşırıqların vaxtında və keyfiyyətli yerinə yetirməyə kömək edəcək.
Yol təsərrüfatının müxtəlif sahələrində – istismar, təmir, inşaat işlərinin ğörülməsi üçün nəzərdə tutulan bu texnikaların Azərbaycana verilməsi heç şübhəsiz hər iki dövlət arasında olan dostluq, strateji əməkdaşlığın əyani sübutudur.
BƏNZƏR MƏQALƏLƏR
Füzuli-Şuşa yeni avtomobil yolu ilə qısa müddət ərzində hərəkət təmin olunacaq – VİDEO / FOTO
ECONOMİC.AZ : Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev […]
Şəxsi avtomobili ilə ticarətlə məşğul olan şəxs fərqlənmə nişanı almalıdırmı?
Şəxsi avtomobili ilə pərakəndə ticarətlə -ərzaq məhsullarının satışı ilə məşğul olan fiziki şəxs fərqlənmə nişanı […]
Azərbaycan Beynəlxalq Avtomobil Daşımaları Assosiasiyasının idarə heyətinə yeni üzvlər seçilib
Azərbaycan Beynəlxalq Avtomobil Daşımaları Assosasiyası (ABADA) və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət […]