AAYDA “Road&Traffic 2018” sərgisində iştirak edir – VİDEO / FOTO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

AAYDA “Road&Traffic 2018” sərgisində iştirak edir – VİDEO / FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı Ekspo Mərkəzində təşkil olunan 8-ci Xəzər Beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat “Road&Traffic 2018” sərgisində iştirak edir.

Economic.az bildirir ki, dövlət Agentliyi sözügedən sərgidə quraşdırılmış xüsusi pavilyonunda son illər Bakı şəhərində və bölgələrdə yol infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsiistiqamətində görülən işlər, gələcək layihələr və yeniliklər barədə ətraflı məlumat əldə etmək mümkündür.

11-13 iyun tarixləri arasında davam edəcək “Road&Traffic 2018” sərgisinin məqsədi yol, körpü və tunellərin tikintisi və layihələndirilməsi sahəsində əldə olunan ən son nailiyyətlərin təqdimatı, yol hərəkətinin idarə edilməsi sahəsində müasir informasiya texnologiyalarının tətbiqi və digər sahələrdə problemlərin həlli yollarının inkişaf etdirilməsidir.

“Road & Traffic 2018” sərgisində Azərbaycan, Belçika, Belarus Respublikası, İran, Polşa, Rusiya, Türkiyə və digər ölkələri təmsil edən şirkətlər yol və tunellərin layihələndirilməsi və tikintisi, yol təhlükəsizliyi vasitələri, şəhər infrastrukturunun layihələndirilməsi üçün proqram təminatı, yol maneələri, nəqliyyatı intellektual idarəetmə sistemləri, elektron yol monitorları, avtobuslar və bir sıra digər məhsulları təqdim edirlər.

“Road & Traffic 2018” sərgisi 17-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “TransCaspian/Translogistica 2018” və 5-ci Yubiley Xəzər Beynəlxalq Kater və Yaxtalar “CIBS 2018” sərgiləri ilə eyni meydançada keçirilir.

 

12.06.2018

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top