La-Manş boğazında Britaniyaya qanunsuz keçmək istəyən 12 miqrant həlak olub – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

La-Manş boğazında Britaniyaya qanunsuz keçmək istəyən 12 miqrant həlak olub

London, 3 sentyabr, AZƏRTAC

Bu səhər La-Manş boğazında 60-dan çox miqrantı daşıyan bir qayığın aşması nəticəsində azı 12 nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Fransa daxili işlər naziri Qerald Darmanin məlumat verib.

Bildirilib ki, azı 12 nəfərin ölümü ilə nəticələnən qəzada iki nəfər itkin düşüb və bir neçə nəfər yaralanıb. Nazir fövqəladə hallar xidmətlərinin hələ də itkin düşənləri axtardığını və zərərçəkənlərə yardım göstərildiyini deyib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top