“Qarabağ” rusiyalı həndbolçu ilə müqavilə bağlayıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Qarabağ” rusiyalı həndbolçu ilə müqavilə bağlayıb

Bakı, 3 sentyabr, AZƏRTAC

Qadın həndbolçulardan ibarət “Qarabağ” komandası heyətini yeni oyunçu ilə gücləndirib.

AZƏRTAC xəbər verir ki, klub ötən mövsüm “Kür”də çıxış etmiş İrina Pançenkonu transfer edib. 26 yaşlı həndbolçu ilə 1 illik müqavilə imzalanıb.

Avropa Kubokuna ikinci mərhələdən qoşulacaq son ölkə çempionu bu raundda Lüksemburqun “Red Boyz Differdanj” kollektivi ilə qarşılaşacaq.

Qeyd edək ki, bu mərhələnin ilk oyunları oktyabrın 5-6-da, cavab qarşılaşmaları isə 12-13-də keçiriləcək.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top