Bu il Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər 364 milyon dolları ötüb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Bu il Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər 364 milyon dolları ötüb

Bakı, 3 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ilin əvvəlindən sentyabrın 1-dək “Şahdəniz” yatağından (qaz və kondensat) 364,465 milyon dollar gəlir əldə edib.

AZƏRTAC Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaydığı məlumata istinadla xəbər verir ki, “Şahdəniz” yatağı üzrə gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 dəfə azalıb.

O cümlədən “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər hesabat dövründə 56 faiz azalaraq 113,878 milyon dollar təşkil edib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top