Hesablama Palatası Fransa kilsələrinin idarə edilməsindəki qanunsuzluqları aşkara çıxarıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Hesablama Palatası Fransa kilsələrinin idarə edilməsindəki qanunsuzluqları aşkara çıxarıb

Bakı, 3 sentyabr, AZƏRTAC

Fransanın Hesablama Palatası Fransanın Romadakı kilsələrinin idarə edilməsinə dair hesabatını ictimailəşdirib.

AZƏRTAC “Figaro”ya istinadla xəbər verir ki, 5 tarixi kilsəni Fransanın İtaliyadakı Səfirliyi idarə edib.

Hesablama Palatası bildirir ki, tarixi tikililərdə təhlükəsizlik, o cümlədən yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edilmir. Bu da həm binalar, həm də insanlar üçün ciddi təhlükə yaradır. Kilsələrdə inventarlaşdırma düzgün aparılmayıb.

Palatanın aşkara çıxardığı ən ciddi məqam təmir-bərpa işlərinin tender elan edilmədən az sayda şirkətə həvalə olunmasıdır. Auditorların fikrincə, icra olunmuş işlərin qiymətinin şişirdilməsi riski böyükdür.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top