İsveç hökuməti məktəblərdə smartfonları qadağan etməyi planlaşdırır – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

İsveç hökuməti məktəblərdə smartfonları qadağan etməyi planlaşdırır

Bakı, 3 sentyabr, AZƏRTAC

2 yaşadək uşaqlar heç bir halda mobil telefon və ya planşetlə təmasda olmamalıdırlar.

AZƏRTAC yerli KİV-ə istinadla xəbər verir ki, bu barədə İsveç Səhiyyə Nazirliyinin bəyanatında bildirilir. Qurumdan bildirilib ki, 2-5 yaş arası uşaqlar üçün bu avadanlıqlardan istifadə müddəti gündəlik maksimum 1 saat olmalıdır.

Səhiyyə naziri Yakob Forsmed bildirir ki, yeniyetmələr dərsdən xaric gündə orta hesabla 6 saat 30 dəqiqə telefon və ya planşet qarşısında vaxt keçirirlər. Bu da idmana, aktiv istirahətə sərf olunan vaxtın ciddi şəkildə azalması ilə nəticələnir, yuxusuzluq və digər depressiyaların yaranması ilə nəticələnir.

Nazirlik məktəblərdə smartfonları qadağan etməyə dair plan hazırlayır.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top