İsveçdə Cənubi Qafqaza həsr edilmiş iqtisadi seminar keçirilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

İsveçdə Cənubi Qafqaza həsr edilmiş iqtisadi seminar keçirilib

Stokholm, 3 sentyabr, Nərgiz Cəfərli, АZƏRTAC

İsveç səfirlərinin növbəti illik toplantısı çərçivəsində Cənubi Qafqaz həsr edilmiş iqtisadi seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, İsveç dövlət qurumlarının və işgüzar dairələrinin də iştirak etdiyi tədbirdə Azərbaycanın İsveç Krallığındakı səfiri Zaur Əhmədov regionda gedən sülh prosesi, Beynəlxalq Transxəzər Nəqliyyat Dəhlizinin inkişafı, bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29-a hazırlıqla bağlı işlər, Azərbaycanda mövcud olan sərmayə və iş imkanları haqda məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıb. Təqdimat zamanı Ələt Azad İqtisadi Zonasının təklif etdiyi geniş iqtisadi imkanlardan xüsusi bəhs edilib, İsveç şirkətləri habelə işğaldan azad edilmiş ərazilərində yaşıl enerji layihələrində iştirak etməyə dəvət edilib.

Tədbirin davamı olaraq qarşıdakı dövrdə İsveç biznes dairələrindən ibarət nümayəndə heyətlərinin ölkəmizə səfərlərinin təşkili nəzərdə tutulur.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top