Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri Ukrayna mətbuatının diqqət mərkəzində olub – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri Ukrayna mətbuatının diqqət mərkəzində olub

Kiyev, 2 sentyabr, AZƏRTAC

Sentyabrın 1-də Azərbaycanın bütün suveren ərazisində keçirilən növbədənkənar parlament seçkiləri Ukrayna mətbuatının diqqət mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, “Ukrinform”, “Qordon”, “LB.ua” və digər media qurumları ölkəmizdəki parlament seçkiləri ilə bağlı məqalələr dərc edib.

Məqalələrdə qeyd olunur ki, parlament seçkiləri 125 yer uğrunda 6478 seçki məntəqəsində keçirilir. Bu seçki məntəqələrindən 54-ü ölkənin işğaldan azad edilmiş ərazilərində yerləşir ki, burada 42 mindən çox səsvermə hüququna malik vətəndaş yaşayır. Məntəqələrdə ümumilikdə 6,5 milyondan çox seçki bülleteni var.

Həmçinin vurğulanıb ki, Milli Məclisə seçkilərlə bağlı 51 beynəlxalq qurum və 69 ölkəni təmsil edən 598 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. 112 749 yerli seçki müşahidəçisi qeydə alınıb.

Bundan əlavə, ölkə üzrə 1000 seçki məntəqəsində quraşdırılmış veb-kameralar Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsinə qoşulub. Bu addım səsvermənin şəffaflığını təmin etmək üçün atılıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top