Serbiyalı müşahidəçi: Seçkinin nəticələri Azərbaycanda demokratik dəyərlərə verilən qiyməti göstərir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Serbiyalı müşahidəçi: Seçkinin nəticələri Azərbaycanda demokratik dəyərlərə verilən qiyməti göstərir

Bakı, 1 sentyabr, AZƏRTAC

Azərbaycanda növbədənkənar parlament seçkiləri yüksək demokratik standartlara uyğun baş tutdu. Məxfilik qorunurdu və bu da seçkilərin legitim olduğunu deməyə əsas verir. Seçki prosesinə mane olacaq heç hal aşkar edilmədi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin ilkin yekunları ilə bağlı təşkil olunan mətbuat konfransında Serbiya Milli Assambleyasının üzvü Jivota Starçeviç səsləndirib.

“Mərkəzi Seçki Komissiyasının peşəkar işinin nəticəsi olaraq proses seçki məcəlləsinin tələblərinə uyğun və qanunlar çərçivəsində təşkil edilmişdi. Məntəqələrə materiallar lazımi şəkildə çatdırılmışdı və səsvermə prosesi tam vaxtında başladı. Xarici ölkənin nümayəndəsi kimi, məntəqələrdə bütün sənədlərlə tanış ola bildim”, – deyə serbiyalı deputat bildirib.

Beynəlxalq müşahidəçi vurğulayıb ki, seçkinin nəticələri Azərbaycanda demokratik dəyərlərə, prinsiplərə verilən qiyməti göstərir.

Qeyd edək ki, parlament seçkiləri 125 seçki dairəsi üzrə 6478 məntəqədə keçirilib. Parlament seçkilərində 990 namizəd mübarizə aparıb.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top