Rado Fonda: “Exit-poll” prosesi zamanı heç bir problem yaşanmayıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Rado Fonda: “Exit-poll” prosesi zamanı heç bir problem yaşanmayıb

Bakı, 1 sentyabr, AZƏRTAC

952 seçki məntəqəsində “exit-poll” keçirmişik. Ümumilikdə 76 mindən çox seçicinin fikri öyrənilib. Proses zamanı heç bir problem yaşanmayıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri sentyabrın 1-də keçirilən mətbuat konfransında növbədənkənar parlament seçkilərinin ilkin yekunları ilə bağlı “exit-poll” keçirən İtaliyanın SWG S.P.A Tədqiqatlar Şirkətinin tədqiqat rəhbəri Rado Fonda deyib.

“Biz yetkinlik yaşına çatan və səsvermə hüququ olan seçicilər arasında sorğu keçirmişik. “Exit-poll” 3 dəqiqə ərzində baş tutub”, – deyə o əlavə edib.

Qeyd edək ki, parlament seçkiləri 125 seçki dairəsi üzrə 6478 məntəqədə keçirilib. Parlament seçkilərində 990 deputatlığa namizəd mübarizə aparıb.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top