George Birnbaum: Seçicilər arasında “exit-poll”da iştirak etmək istəyi çox yüksək idi – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

George Birnbaum: Seçicilər arasında “exit-poll”da iştirak etmək istəyi çox yüksək idi

Bakı, 1 sentyabr, AZƏRTAC

“Oracle Advisory Group” Qarabağda da seçki prosesini izləyib. Prezident seçkilərində olduğu kimi, bu seçkilərdə də respondentlərin arasında “exit-poll”da iştirak etmək istəyi çox yüksək idi.

AZƏRTAC xəbər verir ki, bu sözləri növbədənkənar parlament seçkilərinin ilkin yekunları ilə bağlı sentyabrın 1-də keçirilən mətbuat konfransında “exit-poll” keçirən və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə birgə fəaliyyət göstərən ABŞ-ın “Oracle Advisory Group” şirkətinin nümayəndəsi George Birnbaum deyib.

Onun sözlərinə görə, seçicilər onlara ünvanlanan sualları məmnunluqla cavablandırıblar.

Qeyd edək ki, parlament seçkiləri 125 seçki dairəsi üzrə 6478 məntəqədə keçirilib. Parlament seçkilərində 990 namizəd mübarizə aparıb.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top