Qazaxıstan parlamentinin deputatı: Seçkilərin Azərbaycan xalq üçün xeyirli olacağına ümid edirəm – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Qazaxıstan parlamentinin deputatı: Seçkilərin Azərbaycan xalq üçün xeyirli olacağına ümid edirəm

Şamaxı, 1 sentyabr, R.Türkoğlu, AZƏRTAC

Biz əvvəlcə Bakıdakı seçki məntəqələrinin açılışlarında iştirak etdik. Sonra Qobustana gəldik. Hazırda isə Şamaxıda seçkiləri müşahidə edirik.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Şamaxıda Milli Məclisə seçkilərin gedişini izləyən TÜRKPA-nın müşahidəçilər qrupunun tərkibində olan Qazaxıstan parlamentinin deputatı Mukaş İskandirov deyib.

“Əvvəla, mən bütün Azərbaycan xalqını təbrik edirəm. İnanıram ki, bu seçkilər uğurla keçəcək. Seçkilərin Azərbaycan xalq üçün xeyirli olacağına ümid edirəm. Bütün namizədlərə uğurlar arzulayıram”, – deyə qazaxıstanlı parlamentari vurğulayıb.

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top