Məntəqə sədri: Seçicilərimiz çox fəaldırlar – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Məntəqə sədri: Seçicilərimiz çox fəaldırlar

Bakı, 1 sentyabr, AZƏRTAC

Xəbər verdiyimiz kimi, sentyabrın 1-də Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər keçirilir.

AZƏRTAC-ın məlumatına görə, 16 saylı Yasamal ikinci seçki dairəsinin 32 saylı seçki məntəqəsində vətəndaşlar qeyri-iş günü olmasına baxmayaraq, səhər saatlarından etibarən istədikləri namizədə səs verirlər. Seçki prosesi yerli və xarici müşahidəçilər tərəfindən izlənir.

Seçicilərin səsvermə prosesində böyük ruh yüksəkliyi ilə iştirak etdiklərini diqqətə çatdıran məntəqə seçki komissiyasının sədri Rəfiqə Mustafayeva saytımıza müsahibəsində deyib: “Səhər saat 08.00-dan məntəqəmiz açıqdır. Ərazi üzrə 1258 nəfər seçicimiz var. Saat 13.00-a qədər seçicilərin 40 faizi səs verib. Səsvermə prosesi çox şəffaf keçir, çünki Azərbaycan demokratik bir ölkədir və vətəndaşların seçiminə heç bir müdaxilə ola bilməz”.

Məntəqədə vətəndaşların rahat səs verə bilmələri üçün hər bir şəraitin yaradıldığını diqqətə çatdıran məntəqə sədri veb-kameranın quraşdırıldığını da qeyd edib.

Seçicilər arasında gənclərin fəallıq göstərdiklərini deyən R.Mustafayeva parlament seçkilərinin vətənimiz, xalqımız üçün uğurlu olmasını diləyib: “Kimin seçilməsindən asılı olmayaraq, xalqımıza, Vətənimizə xeyirli olsun. Biz inanıb seçirik ki, onlar özlərini doğrultsunlar”.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top