Panama kanalında yeni rekord qeydə alınıb
Bakı, 1 sentyabr, AZƏRTAC
Liberiya bayrağı altında üzən “MSC Marie” konteynerdaşıyan gəmisi Panama kanalını keçib.
AZƏRTAC xəbər verir ki, 366 metr uzunluqda gəmidə 17640 konteyner olub. Bu, kanalın istismarda olduğu 110 il ərzində ən böyük göstəricidir. 2013-cü ildəki rekord 17312 konteyner olub.
“MSC Marie” gəmisinin 80 kilometrlik kanalı keçməsi üçün 1,3 milyon dollar ödənib.
1914-cü ilin avqustunda istismara verilmiş kanal sayəsində gəmilər 8 saata Atlantik okeandan Sakit okeana keçə bilir, Horn burnundan dolanmaq zərurəti aradan qalxır.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]