Moldova 2030-cu ilə qədər hərbi xərclərin ÜDM-də payını 1 faizə qədər artıracaq
Bakı, 18 iyul, AZƏRTAC
Moldova Avropa ölkələrinin tendensiyasına uyğun olaraq 2030-cu ilə qədər hərbi xərclərin ÜDM-də payını 1 faizə çatdırmaq niyyətindədir. Bu tədbir 2024-2034-cü illər üçün Milli Müdafiə Strategiyasına daxil edilib.
AZƏRTAC Moldovanın point.md xəbər portalına istinadla xəbər verir ki, Milli Strategiya layihəsi ABŞ və Rumıniyadan olan müdafiə ekspertləri ilə razılaşmadan sonra təsdiq edilib.
Əlavə vəsait ordunun modernləşdirilməsinə yönələcək. Strategiyanın qarşıya qoyduğu vəzifələrdən biri də respublikanın 145 ölkə arasında 144-cü olduğu “Global Firepower” reytinqində mövqeyini yaxşılaşdırmaqdır. Plana görə, ölkə 2029-cu ilə qədər beş, 2034-cü ilə qədər isə on pillə yüksəlməlidir.
2023-cü ildə Moldova hakimiyyəti hərbi büdcəni 68 faiz artıraraq 1,5 milyard leyə (89 milyon dollar) çatdırıb. ABŞ, Aİ və NATO da respublikaya silah və hərbi texnika tədarükünü artırıb.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]