Qardabanidə uşaqlara “İçərişəhərin sirli sakini” adlı kitab hədiyyə olunub
Tbilisi, 17 iyul, AZƏRTAC
Gürcüstanın Qardabani şəhərində fəaliyyət göstərən “Qardabani Təhsil və İnteqrasiya Mərkəzi”ndə uşaqlarla görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüş “Parlaq Gələcək” Gənclər Mərkəzi və “SİMART” Sağlam İnkişaf Platformasının birgə təşkil etdikləri “Nağıl gecələri” adlı layihə çərçivəsində baş tutub.
Bildirilib ki, “SİMART” Sağlam İnkişaf Platforması uşaqlar və yeniyetmələr üçün maraqlı hekayələr, animasiyalar, milli nağıllar, kitab və bələdçilər, valideynlər üçün inkişaf proqramları təklif edir.
Qardabanidə təşkil olunana görüşün məqsədi uşaqların fikirlərini dinləmək, onların xəyal dünyası, fantaziyaları ilə tanış olmaq və bunların əsasında uşaqlar üçün yeni animasiyalar, nağıllar və hekayələrdən ibarət kitablar hazırlamaqdır.
Sonra uşaqlar “SİMART” Sağlam İnkişaf Platformasının təqdim etdiyi animasiyalardan birini izləyiblər. Uşaqlar izlədikləri animasiya ilə bağlı əyləncəli və maraqlı fikirlər söyləyiblər.
Tədbir onların yaradıcılıqlarını və düşüncə qabiliyyətini inkişaf etdirmələri üçün geniş imkanlar yaradıb.
Görüşün sonunda uşaqlara “SİMART” Sağlam İnkişaf Platformasının layihəsi əsasında hazırlanmış “İçərişəhərin sirli sakini” kitabı hədiyyə olunub.
Qeyd olunub ki, “Parlaq Gələcək Gənclər Mərkəzi” və “SİMART” Sağlam İnkişaf Platforması bu kimi tədbirləri Gürcüstanın azərbaycanlılar yaşayan digər şəhər və rayonlarda da keçirməyi planlaşdırır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]