Beynəlxalq Miqrasiya Təşkilatı: Sudanda baş vermiş müharibə səbəbindən 10 milyondan çox insan köçkün olub
Bakı, 17 iyul, AZƏRTAC
10 milyondan çox sudanlı və ya əhalinin 20 faizi müharibə səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.
AZƏRTAC Beynəlxalq Miqrasiya Təşkilatına (BMT) istinadla xəbər verir ki, böhranın viran qoyduğu Şərqi Afrika ölkəsinin əhalisinin dünyada ən böyük köçkün böhranı ağırlaşmaqda davam edir.
Müharibə ona gətirib çıxarıb ki, əhalinin yarısı, təxminən 50 milyon insan aclıq riski ilə üzləşib və humanitar köməyə ehtiyacı var. Bu, bir çox ölkənin əhalisindən daha çoxdur.
Beynəlxalq Miqrasiya Təşkilatının hesabatına görə, müharibə başlayandan bəri 2,2 milyondan çox insan başqa ölkələrə qaçıb, 7,8 milyona yaxın insan isə ölkə daxilində sığınacaq axtarıb. Daha 2,8 milyon insan isə ölkədə baş vermiş əvvəlki münaqişələr səbəbindən artıq köçkün idi.
Ordu ilə çevik reaksiya qüvvələri (xüsusi təyinatlılar) arasında ötən il paytaxt Xartumda başlayan döyüşlər sürətlə bütün Darfur ərazisinə yayılıb. BMT ekspertləri qeyd edirlər ki, təşkilatın yardım çatdırmaqda çətinlik çəkdiyi Darfurdan miqrasiyanın əsas amili kimi aclıq zorakılığı əvəz edib.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]