Türkiyə Prezidenti Kipr Sülh Əməliyyatının 50-ci ildönümü proqramlarında iştirak edəcək
İstanbul, 17 iyul, Günel Karatepe, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kipr Sülh Əməliyyatının 50-ci ildönümü ilə bağlı keçiriləcək tədbirlərdə iştirak məqsədilə Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) səfər edəcək.
AZƏRTAC xəbər verir ki, səfər zamanı Prezident Ərdoğanı Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş və kabinet üzvləri, eləcə də siyasi partiya nümayəndələri və çoxlu sayda deputat müşayiət edəcək.
Şimali Kiprə səfər edəcək Türkiyə nümayəndə heyətinin tərkibində Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli və Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel də yer alacaq.
Əməliyyatın 50-ci ildönümü münasibətilə ŞKTC-də keçiriləcək hərbi dəniz paradında bir çox dəniz vasitəsilə yanaşı, Türkiyənin ilk amfibiya gəmisi “TCG Anadolu” da iştirak edəcək.
Tədbirlər çərçivəsində iyulun 20-də “Solo Türk” və “Türk ulduzları” qrupuna daxil olan təyyarələrin nümayiş uçuşlarının keçirilməsi planlaşdırılır.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]