Moldova klubu “Zirə” ilə oyun üçün Bakıya gəlib
Bakı, 17 iyul, AZƏRTAC
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda “Zirə”nin qonağı olacaq Moldovanın “Şerif” komandası Bakıya gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə Tiraspol təmsilçisinin sosial şəbəkə hesabları məlumat yayıb.
Moldova təmsilçisinin üzvlərini gətirən təyyarə bir müddət öncə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Qeyd edək ki, iyulun 18-də “Dalğa Arena”da keçiriləcək “Zirə”-“Şerif” matçı saat 20:00-da başlayacaq. İlk oyunda Bakı klubu 1:0 hesablı qələbə qazanıb. Bu cütün qalibi II təsnifat mərhələsində “Elfsborq” (İsveç) – “Pafos” (Kipr) görüşünün güclüsü ilə qarşılaşacaq.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]