İtaliyada istidən ölənlərin sayı 4 nəfərə çatıb
Roma, 17 iyul, AZƏRTAC
İtaliyada anomal istilər səbəbindən ölənlərin sayı 4 nəfərə yüksəlib.
AZƏRTAC xəbər verir ki, ölkənin mərkəzi və cənub regionlarında müşahidə edilən qızmar isti nəticəsində Apuliya regionunda 3, paytaxt Romada isə bir nəfərin ölüb. Ölənlərin hamısının kişi olduğu və yaşlarının 68-82 arasında dəyişdiyi bildirilib.
İyulun 17-də ölkənin 13 şəhərində yüksək temperatur səbəbindən “qırmızı” xəbərdarlıq elan edilib.
Meteoroloqlar Afrika antisiklonunun təsiri ilə müşahidə olunan anomal istilərin bu həftə ərzində də davam edəcəyini bildiriblər. Günvurma hallarına qarşı əhaliyə xəbərdarlıq olunub.
Bəzi qəsəbələrdə isə kiçik meşə yanğınları qeydə alınıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]