Qurban Qurbanov: Komandamız çox yaxşı hazırlıq keçdi
Bakı, 17 iyul, AZƏRTAC
“Toplanışın 12 günü ərzində çox yaxşı işlər görən texniki heyətə və futbolçulara təşəkkür edirəm. Hazırlıq prosesinin sonluğu da yaxşı alındı”.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klubun rəsmi saytına müsahibəsində deyib.
Təcrübəli mütəxəssis Avstriyadakı təlim-məşq toplanışının son günündə Xorvatiyanın “Slaven” (1:0) və Birləşmiş Ərəb Əmirliklərinin “Şəbəb Əl-Əhli” klublarına (5:2) qarşı yoxlama oyunları, həmçinin hazırlıq prosesini dəyərləndirib: “Bugünkü matçlar da əvvəlki iki qarşılaşma kimi dinamik, baxımlı keçdi. Hesab bizi aldatmalı deyil. İki çox yaxşı komandaya qarşı oynayırdıq. “Şəbəb Əl-Əhli”nin baş məşqçisi Paulo Souzanı öncədən də tanıyırdıq. Təcrübəli çalışdırıcı Avropa Liqasında rəqibimiz olan “Fiorentina”nı çalışdırırdı. Bütün futbolçular 90 dəqiqə oynadı və sonadək tempi aşağı salmadılar. Yekunda yaxşı qələbə, yaxşı oyun və ümumilikdə inamlı hazırlıq oldu. Toplanışdan razı qaldım, komandamız çox yaxşı hazırlıq keçdi”.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]